Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanın mətnini təqdim edirik:
- “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704 (Cild I) 2-ci hissəsinə “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini”. - Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 511 (Cild I) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın 4.4-cü bəndinin “İcraçı orqan” sütununda “Milli Elmlər Akademiyasının” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.
- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. II hissənin 2-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa (hər iki halda) “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
3.2. III hissənin 7-ci və 8-ci bəndlərinin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Milli” sözündən əvvəl “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin;
3.3. IV hissə üzrə:
3.3.1. 12-ci və 14-cü bəndlərin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
3.3.2. 15-ci, 16-cı, 17-ci və 19-cu bəndlərin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Milli” sözündən əvvəl “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin. - “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011 (Cild I) 2.10-cu bəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.7-ci bəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
- “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 699 (Cild I) 1.2-ci və 1.3-cü bəndlərində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
- “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 oktyabr tarixli 294 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1179 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3.3-cü bənddə “Milli Elmlər Akademiyası nəzdində” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
7.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın 6.4-cü bəndinin birinci cümləsində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin. - “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1370 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2.3-cü bənddən “22.2-ci,” sözləri çıxarılsın;
8.2. aşağıdakı məzmunda 2.3-5-ci bənd əlavə edilsin:
“2.3-5. həmin Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”. - Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 21-ci hissəsinin “Dövlət orqanının (qurumunun) adı” sütununda “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I) ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 18.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 18.14-cü bənd əlavə edilsin:
“18.14. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.”;
10.2. aşağıdakı məzmunda 20-1-ci hissə əlavə edilsin:
“20-1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə:
20-1.1. Geologiya və Geofizika İnstitutunun direktoru;
20-1.2. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru.”;
10.3. 38.2-ci, 38.3-cü, 38.5-ci və 38.8-ci bəndlər ləğv edilsin. - Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 2.0.9-cu yarımbəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”na “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini – gömrük xidməti general-leytenantı” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri – gömrük xidməti general-mayoru”. - Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.