Qazaxıstanın Dövlət gerbi dəyişdirilir

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Qazaxıstanın Dövlət gerbi dəyişdirilə bilər.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Altırauda keçirilən Milli Qurultaydakı nitqində dövlət atributları ilə bağlı mülahizələrini çatdırıb.

“Milli kimliyimizin görünən təcəssümü dövlət rəmzləridir. Keçən il şəhər və rayonlarımızın rəmzlərinin sistemləşdirilməsi və vahid standarta çatdırılmasının zəruriliyindən danışdım. Onlar təkcə regional xüsusiyyətləri əks etdirməməli, həm də ölkənin imicinin əsas elementlərini üzvi şəkildə birləşdirməlidir. Hazırda bu istiqamətdə konkret işlər aparılır.

Eyni zamanda, bildiyimə görə, müzakirələr zamanı bir sıra ekspertlər və ictimai fəallar bütün dövlət rəmzləri sisteminin müasirləşdirilməsinin zəruriliyindən danışıblar. İnanıram ki, göy-mavi Dövlət bayrağımız üslub baxımından qüsursuzdur və ən əsası, ölkəmizin unikallığını və ideallarını aydın şəkildə əks etdirir”, – Kasım-Jomart Tokayev deyib.

Qazaxıstan Prezidenti əlavə edib ki, eyni şey qazax xalqının dəyərlərini və ruhunu lakonik şəkildə təcəssüm etdirən Dövlət himninə də aiddir. Həmyerlilərin müxtəlif nailiyyətləri sayəsində onun melodiyası bütün dünyada səslənir. Yeni ili Dövlət himninin həyəcanlı sədaları altında qarşılamaq ailə və dostlar arasında xoş ənənəyə çevrilib.

“Dövlət himninin sözləri və musiqisi vətəndaşlarımızın qəlbində güclü əks-səda tapır. Dövlət gerbinə gəlincə, hesab edirəm ki, peşəkarların və maraqlanan vətəndaşların, o cümlədən gənclərin əsaslı arqumentlərini nəzərə almaq məqsədəuyğundur.

Gerbimizin üzərindəki təsvirlərin anlaşılması çox çətindir, onlarda eklektizm və sovet dövrünün əlamətləri var. Əgər ümumi razılıq olarsa, mahiyyətcə bütün aspektləri nəzərdən keçirəcək, ictimai müzakirələr aparacaq xüsusi komissiya yaratmaq olardı. Sonra Qazaxıstanın yeni Dövlət gerbinin ən yaxşı eskizi üçün açıq müsabiqə elan edilsin”, – Kasım-Jomart Tokayev vurğulayıb.(“Kazinform”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]