Tramp prezident seçilsə şahzadə Harrini ABŞ-dan qovacaq

Birləşmiş Ştatlarda Respublikaçılar partiyasından prezidentliyə namizəd, sabiq Prezident Donald Tramp Britaniya şahzadəsi Harrini ABŞ-dan qovacağı ilə hədələyib.

 Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-da yaşayan şahzadə Harrinin narkotik maddələrdən istifadəsinə imkan verməyəcəyini, onun müvəqqəti yaşayış hüququnu əlindən alacağını bildirib.

ABŞ mediası Kral ailəsindən ayrılaraq xanımı Meqan və iki övladı ilə Birləşmiş Ştatlarda yaşayan şahzadənin viza müraciəti zamanı narkotik maddələrdən istifadə etməsi ilə bağlı yalan söylədiyini iddia edir. Harri bundan əvvəl özünün “Spare” adlı kitabında ABŞ qanunlarına görə viza müraciətinin rədd edilməsinə səbəb ola biləcək narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdi.

“GB News” telekanalına müsahibə verən Tramp bildirib ki, bu məsələdə heç kimə güzəşt etməyəcək. O, daha əvvəl də bəyan etmişdi ki, mərhum Kraliça II Elizabetə xəyanət etdiyinə görə Harrini qorumayacaq. (Azərtac)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]