Tərəzi bürcündə Ay tutulması

Astroloq Aytən Salami açıqlamasında bildirdi ki,
25 mart Tərəzi bürcünün 5 dərəcəsində kölgəli bir Ay tutulması baş verəcək. Tutulmanın təsirləri bir sonrakı tutulmaya qədər davam edəcək. Tərəzi bürcündəki tutulma ümumi olaraq münasibətlər,dəyərlər mövzusunu gündəmə gətirəcək.
Yaşanacaq tutulmanın idarəçi planeti Venera Balıq bürcündə Saturn ilə birləşmədə olacaq. Tutulma təsirlərinin manelər ilə üzləşməsi yaşansa da Yupiterdən dəstək nəticəsində məsələlər həll yolunu tapacaqdır.
Bu tutulmanın şanslıları Əkizlər, Oxatanlar, Dolçalar və Şirlərdir.
Qoç, Xərçəng, Tərəzi və Oğlaqlar sərt təsirə məruz qalacaqlar.
Buğa və Balıqlar xəritəyə görə təsir alacaqlar.
Qız və Əqrəblər tutulma təsiri yaşamayacaqlar.

Qoç və yüksələn Qoçlar- Yaşanacaq Ay tutulması evlilik, ortaqlıq ilə bağlı məsələləri gündəmə gətirəcək. Münasibətlərdə qərar vermək, barədə düşünə bilərsiniz.

Buğa və yüksələn Buğalar- Yaşanacaq Ay tutulması günlük işləriniz, iş ortamınız ilə bağlı məsələləri gündəminizə gətirəcək. Sağlamlığınıza diqqət etməyiniz məsləhətdir.

Əkizlər və Yüksələn Əkizlər- Yaşanacaq Ay tutulması sevgi həyatınız, əyləncəniz, uşaqlarınız ilə bağlı məsələləri gündəmə gətirəcək.
Bu müddətdə iş həyatınızda müəyyən dəyişimlər ola bilər.

Xərçəng və yüksələn Xərçəng- Yaşanacaq Ay tutulması ev-ailə məsələlərini gündəmə gətirəcək. Ev dəyişmək, təmir etmək, valideyin olmaq kimi məsuliyyətlər ala bilərsiniz.

Şir və Yüksələn Şirlər-Yaşanacaq Ay tutulması yaxın çevrəniz, bacı-qardaş ilə bağlı məsələləri gündəmə gətirə bilər. Qısa səyahətlər edə bilər, özünüzü inkişafa yönələ bilərsiniz.

Qız və Yüksələn Qızlar- Yaşanacaq tutulma maddi məsələləri gündəmə gətirəcək.Xərclərinizi tənzimləmək, yeni qazanc yolları yaratmaq istəyə bilərsiniz.

Tərəzi və Yüksələn Tərəzilər bürcünüzdə parçalı Ay tutulması yaşanacaq. Özünüz, hədəfləriniz və məqsədləriniz ilə bağlı qərar mərhələsindəsiniz. Siz yoxsa qarşı tərəf ? Qərar zamanıdır.

Əqrəb və yüksələn Əqrəblər yaşanacaq Ay tutulması qorxularınız və narahatlıqlarınızı üzə çıxarda bilər. Gizlin baş verən hadisələr artıq görünən olacaq. Xroniki xəstəlikləriniz baş qaldıra bilər.

Oxatan və yüksələn Oxatanlar yaşanacaq Ay tutulması dost çevrəniz, sosial həyatınızda yaşaya biləcəyiniz müsbət hadisələr ilə yadda qalacaq.Hədəfləriniz və arzularınız yolunda qərar zamanıdır.

Dolça və yüksələn Dolçalar yaşanacaq Ay tutulması uzaq ölkə səyahətləri və xarici əlaqələri gündəminizə gətirəcək. Yeni təhsil almaq barədə düşünə bilərsiniz.

Balıq və yüksələn Balıqlar yaşanacaq tutulma sizin ortaq maddi gəlirləriniz, bank-kredit kimi maddi məsələləri ortalığa çıxaracaq. Eyni zamanda psixoloji və ruhi cəhətdən yorulacağınız bir zaman olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]