Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır – Fotolar

Moskvada “Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən 6 nəfərdən 4-nün kimliyi məlum olub.

Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bunlar 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir.

Onların hamısının Tacikistan vətəndaşı olduğu bildirilir. Həmçinin 2 terrorçunun saxlanıldığı açıqlanıb. Lakin onlardan hansının saxlanıldığı məlum deyil.

***

Tacikistanın Xarici İşlər Nazirliyi respublika vətəndaşlarının Moskvada törədilən terror aktı ilə əlaqəli olduğuna dair məlumatı təkzib edib: “Tacikistan tərəfi Rusiya hakimiyyəti tərəfindən Tacikistan vətəndaşlarının terror aktı ilə əlaqəli olması ilə bağlı hazırda yayılan yalan məlumata dair təsdiq almayıb. Bununla əlaqədar olaraq Rusiyanın dövlət orqanları tərəfindən yayılan rəsmi məlumatlara əsaslanmağınızı xahiş edirik”.

Qeyd edək ki, son məlumata görə, “Crocus City Hall”dakı terrorda 82 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]