Terrora görə daha bir HƏBS

“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb. Əslən qırğız olan Əlişir Qasımov Rusiya vətəndaşıdır. Moskva vilayətində fərdi sahibkarlıqla məşğul olan Qasımovun üç uşağı var. O iddia edib ki, cinayətkarlarla şəxsi münasibətləri olmayıb. Mənzilini onlara “Avito” elanlar servisi vasitəsilə kirayə verib. Beləliklə, “Crocus City Hall”da baş vermiş terrorla bağlı həbs edilənlərin sayı 8-ə çatıb. Son məlumata görə, terror aktı zamanı xəsarət almış 92 nəfər hazırda xəstəxanalarda müalicə alır. Onlardan 6 nəfəri uşaqdır. 9 nəfərin vəziyyəti olduqca ağır qiymətləndirilir

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]