Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi

Qardaş Köməyi Platforması və Kahramanmaraşın Türkoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə Türkoğlu bölgəsində qurulmuş 453 ev tipli konteynerdən ibarət Qardaş Köməyi Məhəlləsində 39 küçəyə işğaldan azad olunmuş şəhərlərimizin və şəhidlərimizin adı verilib.

Bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri  Rəşad Cabirli öz “X” hesabında yazıb.

“Əməyi keçən hər kəsdən Allah razı olsun! 6 Fevralda əsrin fəlakəti adlanan zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Rəbbim bir daha pis gün yaşatmasın”,-R.Cabirli yazıb.

Qeyd edək ki, ötən il Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələnin baş verməsindən sonra Azərbaycana bölgəyə yardımlar edib. Eyni zamanda Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı Qardaşlıq (Yardım) Platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi yaradılıb.

Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilib və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanın ən çox itki verdiyi şəhərlərin və şəhidlərin adı verilib.

Küçələrdə Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adları yaşadılır.A

[center][img]https://azadmedia.az/uploads/posts/2024-03/1711627449_1697455001_1-2.jpg[/img][/center]

Qardaş Köməyi Platforması və Kahramanmaraşın Türkoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə Türkoğlu bölgəsində qurulmuş 453 ev tipli konteynerdən ibarət Qardaş Köməyi Məhəlləsində 39 küçəyə işğaldan azad olunmuş şəhərlərimizin və şəhidlərimizin adı verilib.

Bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri  Rəşad Cabirli öz “X” hesabında yazıb.

“Əməyi keçən hər kəsdən Allah razı olsun! 6 Fevralda əsrin fəlakəti adlanan zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Rəbbim bir daha pis gün yaşatmasın”,-R.Cabirli yazıb.

Qeyd edək ki, ötən il Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələnin baş verməsindən sonra Azərbaycana bölgəyə yardımlar edib. Eyni zamanda Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı Qardaşlıq (Yardım) Platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi yaradılıb.

Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilib və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanın ən çox itki verdiyi şəhərlərin və şəhidlərin adı verilib.

Küçələrdə Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adları yaşadılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]