Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək – Şərt AÇIQLANDI

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaqdır.

Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]