Bu ərazilərdə qazın verilməsində fasilələr yaranacaq

Bu gün Suraxanı rayonu Bülbülə qəsəbəsində və Sumqayıt şəhəri Təzə Corat və Köhnə Corat adlanan ərazilərdə qazın verilməsində fasilələr olacaq.

Buna səbəb adıçəkilən ərazilərdə təmir işlərinin aparılmasıdır.

Belə ki, “Təmiz Qaz” QSC tərəfindən aşkarlanan sızmalar, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Sumqayıt şəhəri, Köhnə Corat ərazisində qeyri-qanuni birləşmələrin ləğvi məqsədi ilə bu gün  10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun (Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələri) və Sumqayıt şəhərinin (Köhnə Corat və Təzə Corat) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]