“Qarabağ”ın Çempionlar Liqasının I raundundakı ilk potensial rəqibi

Azərbaycan çempionu olan “Qarabağ” 2024-25 mövsümündə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəyə qoşulacaq. 

Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlərin sırasında qərarlaşacaq.

“Qarabağ”la yanaşı, ÇL-ə vəsiqəni təmin edən daha 4 komanda – HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) də güclülərin arasında olacaq.

Yalnız İslandiya təmsilçisi “Vikinqur”un səpələnməmişlərdə qərarlaşacağı dəqiqdir. Yəni Reykyavik klubu “Qarabağ”ın ilk potensial rəqibidir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]