Goranboyda şagirdlər arasında insident: bıçaqlanan var

Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, şagirdlər bir-birinə xəsarət yetirib:

“2007-ci il təvəllüdlü Ayxan Məhəmməd oğlu Şeyxov döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb. Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]