Bu gün 5 güləşçimiz Olimpiya lisenziyası uğrunda mübarizəyə başlayır

Bu gün Bakıda güləş üzrə olimpiya lisenziya turnirində qadın güləşçilər mübarizəyə başlayacaqlar.

Sərbəst güləş üzrə turnirdə Azərbaycanın 5 idmançısı mübarizəyə qoşulacaq. Mariya Stadnik (50 kq) və Jalə Əliyevə (57 kq) startdan azaddırlar və ilk görüşlərini 1/4 finalda keçirəcəklər.

Digər 3 idmançımız – Elnura Məmmədova (53 kq), Birgül Sultanova (62 kq) və Elis Manolova (68 kq) isə yarışa təsnifat mərhələsindən (şərti olaraq 1/8 final) start verəcəklər. E.Məmmədova bu mərhələdə Veronika Ryabovolova (Makedoniya), B.Sulanova Amelin Duarre (Fransa), E.Manolova isə Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.
Təsnifat mərhələsi saat 10:30-da, yarımfinallar 18:00-da başlanacaq. Qeyd edək ki, yarımfinalın qalibləri 2024-cü ildə Parisdə keçiləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Bakı turnirində final olmayacaq.

Əlavə edək ki, dünən ilk mübarizəyə qoşulan 4 yunan-Roma güləşçimizdən (Beka Kandelaki, Nihat Məmmədli, İslam Abbasov və Murad Əhmədiyev) heç biri lisenziya qazana bilməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]