Politico: ABŞ İrana xəbərdarlıq edib

ABŞ rəsmiləri İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsini İsrailin atəşə tutmasından sonra gərginliyin artması fonunda Tehrandan bölgədəki vəziyyəti gərginləşdirməməyi xahiş edib.

Bu barədə “Politico”ya Vaşinqton administrasiyasındakı mənbə məlumat verib.

Mənbədən İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidinin “ABŞ İrandan Amerika hədəflərinə hücum etməməyi xahiş edib” bəyanatına münasibət bildirmək istənilib.

“Bu İran versiyasıdır. Dəməşqə hücumdan sonra İrandan mesaj aldıq. Cavab olaraq biz açıq şəkildə bildirdik ki, bu hücumun arxasında biz deyilik. Biz həmçinin İrana xəbərdarlıq etdik ki, bu zərbəni regionda daha da gərginləşdirmək, Amerika obyektlərinə və ya hərbçilərinə hücumlar üçün bəhanə kimi istifadə etməsin”.

“CBS News”un öz mənbələrinə istinadən verdiyi məlumata görə, Tehranın cavab hücumu Şahed PUA-ları və qanadlı raketlərdən istifadə edilməklə həyata keçiriləcək. Telekanal hesab edir ki, hücum yaxın günlərdə baş verə bilər.

Qeyd olunub ki, vaxt və hədəf məlum deyil, lakin Dəməşqin hücumuna proporsional cavab İsrailin diplomatik obyektinə zərbə endirmək olardı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]