HƏMAS-İsrail müharibəsinin 6 ayı tarixə döndü. Bu müharibənin davam etməsi bəzi rejimlərin ömrünün uzanmasıdır. Ona görə də İran, Suriya və onları dəstəkləyənlər daha çox bu savaşı mümkün qədər uzatmağa, ya da əlüstü HƏMAS-la atəşkəsə, sülhə dair razılığa nail olmağa çalışırlar.Yenixeber.org: Çünki HƏMAS-ın, habelə Fələstindəki bu kimi qruplaşmaların sıradan çıxması, regiondan uzaqlaşdırılması nəticəsində Körfəz iqtisadi əməkdaşlıq ölkələri ilə İsrail, Fələstinlə İsrail arasında keyfiyyət baxımından yeni yanaşma yarana bilər. Bu isə İran hakimiyyətinin regional məsələlərə təsirini azaldar. Belə bir vəziyyət perspektivdə iranyönlü “müqavimət” qruplarının da fəaliyyətinə mənfi təsir göstərər. İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qurduğu belə silahlı dini-siyasi qruplaşmalara maraq da azalar, yaxud da olmaz.Bu baxımdan 6 aydan artıq davam edən müharibədə HƏMAS-ın, bir silahlı-siyasi qruplaşmanın taleyi deyil, həm də Yaxın Şərq bölgəsinin gələcəyi həll oluna bilər.Müharibədə daha çox İran hakimiyyətinin, xüsusilə Sepahın əməlləri, izləri görünür. Hadisələrlə bağlı həm də Sepahın yaydığı xəbərlərə diqqət edilir.Aprelin 7-də bu silahlı birləşmə İsrailin tamamilə Qəzza zolağından çıxdığına dair məlumat yayıb. Bunu İranın İsraili vuracağı xəbərdarlığı ilə əsaslandırıb. Sepah bu məsələdə özünə mənbə olaraq “Jadeh” adlı saytı seçib.




