Möhübbət Babayevin əvəzinə yeni TƏYİNAT

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına birinci müavin təyin olunub. Modern.az-ın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini vəzifəsinə gətirilib. Bu gün kollektivə təqdim edilən Mikayıl Cəfərzadə bundan əvvəl başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. Qeyd edək ki, fevral ayında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı birinci müavini Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]