Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarını COP29 barədə məlumatlandırıb – YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb.

Bu barədə XİN başçısı “X”də yazıb.

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”, – qeyd edilib.

Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarını COP29 barədə məlumatlandırıb - YENİLƏNİB

08:46

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüş Bişkek şəhərində keçirilir.

Qeyd edək ki, Qırğız Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.

Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarını COP29 barədə məlumatlandırıb - YENİLƏNİB

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]