“Elə üz qoymayıb ki, onu Bakıya dəvət edim”

 “Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək”.
 Bunu bu gün Təzəpir məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, görüşə ermənilərin Katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq: “O elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtı ikən onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir. Bu gün heç cürə razılaşmır ki, Azərbaycan öz torpaqlarını azad edib. Onlar hələ də razılaşmır ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Biz ona təklif etdik ki, bunu qəbul eləsin, biz onu qəbul edək. Həyat davam edir, bir gün gələcək, o bunu başa düşəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]