Bu gün şahmat üzrə İddiaçılar Turnirində VII turun oyunları keçiriləcək.
Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti sınağına çıxacaq.
29 yaşlı təmsilçimiz I dövrədəki son matçında Vidit Santoş Qujrati ilə qarşılaşacaq. Təmsilçimiz hindistanlı rəqibinə qarşı ağ fiqurlarla oynayacaq.
İddiaçılar Turniri
VII tur, 11 aprel
Hikaru Nakamura – Yan Nepomnyaşi
Fabiano Karuana – Rameşbabu Praqnanandja
Nicat Abasov – Vidit Santoş Qujrati
Alireza Firuzya – Dommaradju Qukeş
Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) – 4, 3. Fabiano Karuana (ABŞ) – 3,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 3,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 3, 6. Hikaru Nakamura (ABŞ) – 3, 7-8. Alireza Firuzya (Fransa), Nicat Abasov (Azərbaycan) – 1,5.
Qeyd edək ki, I dövrənin son turundan sonra iştirakçılara bir günlük fasilə veriləcək. VIII turun görüşləri aprelin 13-də baş tutacaq (Qafqazinfo)