Meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verildi

“Qalatasaray”la Superkubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verilib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, İntizam Komitəsinin qərarına əsasən, “Fənərbaxça”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin, komanda 4 milyon lirə, Ahmet Ketençi isə 520 min lirə cərimələnib.

Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Qarşılaşmanın ilk dəqiqəsində Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra fənərbaxçalılar meydanı tərk ediblər. Beləliklə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]