Paris Olimpiadasında terror TƏHLÜKƏSİ

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Terror təhlükəsi yüksək hesab olunarsa “Paris -2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminin B və C variantları açıqlanıb.

 “Paris-2024” yaxınlaşdıqca terror təhlükəsi məsələləri də müzakirə olunur. Əgər təhlükə yüksək hesab olunarsa Yay Olimpiya Oyunlarının açılış mərasimi yalnız Trokadero (Trocadero) meydanı ilə məhdudlaşa və ya “Stade de France” stadionunda keçirilə bilər.

“Paris-2024”ün açılış mərasimi ilə bağlı ilk açıqlamada onun Sena çayında yarım milyon tamaşaçının iştirakı ilə keçiriləcəyi bildirilirdi. Sonradan tamaşaçıların sayı 300 minə endirildi. Daha sonra terror təhlükəsi ilə bağlı başqa fərqli fikirlər də səsləndirildi.

Nəhayət, oyunların açılışı ilə bağlı B və C planları açıqlanıb. Ancaq açılış mərasiminin Sena çayında keçirilməsi fikri hələ də qüvvədə qalır.

“Paris-2024”ə az qalsa da, əhali arasında inamsızlıq və narahatlıq var. Aparılan sosial sorğuların nəticələrinə görə, fransızların yalnız 55 faizi Olimpiya və Paralimpiya Oyunları kimi beynəlxalq tədbirlərin təşkili üçün Fransaya etibar etdiklərini bildirir.

Qeyd edək ki, aprelin 8-nə planlaşdırılan açılış mərasiminin repetisiyası Sena çayındakı vəziyyətlə əlaqədar mayın 27-də keçirilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]