Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi Narkotiklər üzrə Vyana QHT Komitəsinə (VNGOC) üzv qəbul edilib

Bu barədə QHT-nin sədri Büllur Məmmədova məlumat verib. Onun sözlərinə görə, ictimai birliyin tarixində baş vermiş bu mühüm hadisə təşkilatın əsas məqsədi olan gənclərimizin antinarkomaniya sahəsində maarifləndirilməsində, narkotik və narkomaniya ilə mübarizədə həyata keçirilən tədbirlərə dəstək göstərilməsində müasir bilik və təcrübə toplamağa geniş imkan yaradacaq. QHT sədri vurğulayıb ki, VNGOC-a üzv olmaqla “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi həmçinin beynəlxalq əlaqələri inkişaf etdirmək üçün fürsət qazanır. Bununla təşkilat iki və çoxtərəfli əlaqələri qurmaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lərin müsbət təcrübələrini ölkəmizə gətirmək imkanı qazanır. Büllur Məmmədova bildirdi ki, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin VNGOC-a üzv qəbul olunması təşkilatın qarşısında inkişafı baxımından böyük perspektivlər açır və bunların hər biri qiymətləndiriləcək, gənclərimizin sağlam gələcəyi naminə bütün lazımi addımlar atılacaq.

Qeyd edək ki, Vyana Qeyri-Hökumət Təşkilat Komitəsi (VNGOC) narkotik siyasətinin müəyyən edilməsində iştirak edən QHT-ləri və Vyana mərkəzli agentlikləri əlaqələndirir. 1983-cü ildə yaradılmış VNGOC mühüm hadisələrin və QHT-lərlə BMT sistemi arasında əlaqələrin asanlaşdırılmasında zəngin tarixə və təcrübəyə malikdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]