Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Səudiyyə Ərəbistanına səfəri başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra ilk yüksək səviyyəli səfərdir. Ararat Mirzoyan Ər-Riyadda Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusuf bin Abdullah Əl-Bənyan ilə görüşüb.

Bildirilib ki, görüş zamanı nazirlər təhsil sahəsində əməkdaşlığa dair geniş spektrli məsələləri müzakirə edib, hər iki tərəfin təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atmağa hazır olduqlarını bildiriblər.

Qeyd olunub ki, təhsilin müxtəlif səviyyələrində təcrübə mübadiləsi, peşəkar kadr hazırlığının təmin edilməsi, həmçinin təqaüd və insan resurslarının böyük potensialının qarşılıqlı surətdə reallaşdırılması məqsədi ilə İrəvan və Ər-Riyad arasında əlaqələrin intensivləşdirilməsinə dair razılıq əldə olunub.

“Görüşə yekun vuran hər iki nazir dövlətlərarası əlaqələri erməni və ərəb xalqları arasında tarixi dostluq və qarşılıqlı rəğbətə uyğun inkişaf etdirməyə böyük hazır olduqlarını vurğulayıblar”, – məlumatda deyilir.(Armenpress)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]