Baydenin dayısını adamyeyənlər yeyib – İDDİA

ABŞ prezidenti Co Bayden dayısının cəsədinin İkinci dünya müharibəsi zamanı adamyeyənlər tərəfindən yeyilə biləcəyini irəli sürüb.

Prezident bu barədə Pittsburqda keçirilən tədbirdə danışıb.

Bayden Pitsburqa İkinci dünya müharibəsi zamanı itkin düşən amerikalı əsgərlərin xatirəsinə ucaldılmış Skrenton müharibə memorialını ziyarət etdikdən sonra gəlib. Memorial Baydenin dayısı Embrouza Finneqanın adını daşıyır.

“O, tək mühərrikli təyyarə ilə uçub və Yeni Qvineya üzərində kəşfiyyat uçuşları edib. O, könüllü olub. O, Yeni Qvineya ərazisində, o vaxtlar adamyeyənlərin çox olduğu ərazidə vurulub”, – ABŞ prezidenti bildirib.

Embrouza Finneqanın adı ABŞ Müdafiə Nazirliyinin müdafiə maliyyəsi xidmətinin hesabatında qeyd olunub. Sənəddə Finneqanın 1944-cü ilin mayında Yeni Qvineyaya kuryer reysi ilə havaya qalxdığı və təyyarənin sahildə qəzaya uğradığı bildirilir.

Qəza nəticəsində göyərtədə olan dörd nəfərdən üçü ölüb və sağ qalan bir ekipaj üzvü xilas edilib. Lakin ertəsi gün nə itmiş təyyarə, nə də ölənlərin cəsədləri hadisə yerində tapılıb.(Lent.az)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]