Kuleba ilə Blinken görüşdü – Foto

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bu barədə Ukrayna XİN rəhbəri “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, görüşdə Ukraynaya mümkün qədər tez daha çox “Patriot” hava hücumundan müdafiə sistemi və raketlərin verilməsinə yönəlmiş birgə qlobal səylər müzakirə edilib.

“Dövlət katibi Blinkenin lazımi qərarların qəbul edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirirəm”, – Ukrayna XİN rəhbəri qeyd edib.

Tərəflər ABŞ Konqresinin Ukrayna üçün əlavə yardım paketi qəbul etməsinə təcili ehtiyac olduğunu vurğulayıblar.

“Bu, Ukraynaya həyatını xilas etməyə və döyüş sahəsindəki vəziyyəti yaxşılaşdırmağa imkan verəcək güc və inam siqnalı olacaqdır”, – ukraynalı nazir əlavə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]