Dünya ölkələrinin inflyasiya REYTİNQİ

Dünya ölkələrinin inflyasiya reytinqi açıqlanıb.

Dünyada ən yüksək inflyasiya hansı ölkələrdədir? Məlumatların əksəriyyəti 2024-cü ilin mart və 2024-cü ilin fevral aylarına aiddir. Məlumata görə, dünyada ən yüksək illik inflyasiyaya malik ölkə indiyədək Argentinadır. Bu ölkədə 2024-cü ilin mart ayında illik inflyasiya 288 faiz təşkil edib.

İkinci sırada 140 faizlə Suriya və üçüncü sırada 123 faizlə Livan gəlir. Dördüncü yerdə olan Türkiyədə illik inflyasiya 2024-cü ilin mart ayı etibarilə 68,5 faiz təşkil edir. Venesuela 67,8 faizlə beşinci yerdədir. Sudan, Zimbabve, Konqo, Syerra-Leone və Fələstin ilk 10-luğu tamamlayır. İran, Misir, Nigeriya, Malavi, Kuba, Myanma, Efiopiya, Anqola, Qana və Surinam 20-likdə yer alır.

Dünyanın cəmi yeddi ölkəsində illik inflyasiya 50 faizdən yuxarıdır. 30-cu yerdə olan Qazaxıstanda illik inflyasiya cəmi 9 faizdir. Avropa İttifaqında ən yüksək inflyasiyaya malik ölkə 6,6 faizlə Rumıniyadır. Bu göstərici ilə rəsmi Buxarest dünya reytinqində 43-cü yerdədir.

Region ölkələrinə nəzər yetirdikdə, Türkiyədən sonra ən yüksək inflyasiya İrandadır – 35.8 faiz. Rusiyada rəsmi inflyasiya 7.7 faiz təşkil edir. Gürcüstan 0.5, Ermənistan -1.2 faizlik inflyasiyaya malikdir. Xəzərin o tayındakı Türkmənistanda inlfyasiya göstəricisi 5.9 faizdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]