Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur

Şimali Atlantika Alyansının Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib.

“NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur”, – o, deyib.

Alyansın baş katibi əlavə edib ki, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq. O, müttəfiq ölkələrini Baş naziri Sunakın Londonun 2030-cu ilə qədər müdafiəyə 2,5 % xərcləyəcəyini vəd edən Böyük Britaniyadan nümunə götürməyə çağırıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]