Azərbaycan Texniki Universitetində 5G texnologiyaları əsasında tədris laboratoriyası açılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində (AzTU) 5G texnologiyaları əsasında qurulmuş tədris laboratoriyasının açılışı olub.

Aktualtv.az xəbər verir ki, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində açılan yeni laboratoriya XPON texnologiyası və daha aşağı maliyyə ilə 5G stansiyaları üçün transmissiya təmin etmək imkanı verir.

Açılış mərasimində AzTU və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbər heyəti, şirkət rəhbərləri və digər qonaqlar iştirak edib. Onlar laboratoriyada yaradılan şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, ilkin mərhələdə universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək.

Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]