Navalnının anım mərasimini keçirən keşiş xidmətdən uzaqlaşdırılıb

Rusiyada Müqəddəs Məryəm Şəfaət Kilsəsinin keşişi Dmitri Safronova üç il müddətində xidmət etmək qadağan edilib.

Aktualtv.az xəbər verir ki, bu barədə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill qərar imzalayıb. 

Sənəddə qeyd olunub ki, keşiş Safronov xeyir-dua vermək, xüsusi dini geyim geymək və xaç daşımaq hüququndan məhrum edilib. 

Onun xidmətdən uzaqlaşdırılmasının səbəbləri açıqlanmayıb.

Bundan əvvəl isə, Rusiya mediasında yayılan məlumata görə, Safronov rusiyalı siyasətçi Aleksey Navalnının ölümündən 40 gün sonra Borisov məzarlığında anım mərasimi həyata keçirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]