Yeni nazir onları işdən çıxardı

Ədliyyə Nazirliyində bir sıra vəzifəli şəxslər işdən çıxarılıb.

Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini Kazımov Sübhi Əli oğlu vəzifəsindən azad edilib.

Nazirin digər bir əmri ilə Ədliyyə Naziriliyinin Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov vəzifəsindən azad olunub. 

Süleymanov Anar Bahadır oğlu isə Notariat İdarəsinin rəisi – Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub. Qeyd edək ki, Anar Süleymanov 2020-ci ilə qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 

Xatırladaq ki, bu ilin fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ölkənin ədliyyə naziri təyin edilib. O, təyin edilməsindən bir müddət sonra Nazirlikdə kadr islahatları həyata keçirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]