VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarıının azad olunan ərazilərə səfəri başlayıb.

“Report”un Füzuliyə ezam edilmiş əməkdaşı xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanına düşən qonaqları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qarşılayıb.

Onları forum çərçivəsində Ağdamda keçiriləcək “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılacaqlar.

Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edəcəklər.

Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat və digər qonaqların məruzələri dinləniləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]