Avropalı nümayəndə heyəti ilə görüşdən imtina etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisiyə səfər edəcək avropalı nümayəndə heyəti ilə görüşməyəcək.

“Mən onlara indi səfər üçün heç də yaxşı vaxt olmadığını dedim, çünki “Xarici agentlər haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi olacaq. Səfərin bu müzakirələrdən sonra baş tutması daha yaxşı olardı. Təəssüflər olsun ki, onlar mənim tövsiyəmi nəzərə almadılar”, – deyə Papuaşvili qeyd edib. 

Qeyd edək ki, mayın 13-14-də Almaniya, Polşa, Çexiya və Baltikyanı ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin sədrləri Tbilisiyə səfər edəcəklər. 

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda, mayın 1-də isə ikinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb. Qanun layihəsi yaxın günlərdə üçüncü oxunuşda müzakirə ediləcək.(Sputnik Gürcüstan)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]