22 yaşlı Könülü boğazında naqillə basdırıblar… – Foto

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş.

Aktualtv.az xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.

O da məlum olub ki, Cəlilabad rayon Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub.

Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəldiyi, bu ilin martın 2-dən isə itkin düşdüyü bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]