Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik

Azərbaycan uşaqların və gənclərin mina təhlükəsi məsələləri üzrə maarifləndirilməsi istiqamətində Avropa İttifaqı (Aİ) ilə minatəmizləmə sahəsində birgə fəaliyyətin genişləndirilməsini məqsədəuyğun hesab edir.

Bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir xatırladıb ki, 2018-ci ilin iyul ayında Aİ-nin Brüsseldəki mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq prioritetlərinə dair sənəd imzalanıb.

“Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təzahürü olan ikitərəfli münasibətlərimizin daha bir mühüm elementi nəqliyyat kommunikasiyaları sahəsində həyata keçirilən tədbirlərdir. O cümlədən Bakı limanının və Ələt azad ticarət zonasının yaradılması Azərbaycanı enerji və nəqliyyat sahəsində aparıcı tərəfdaşlardan birinə çevirib”, – E.Əmrullayev bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]