“Başqa bir sahədən təklif var…” – General-leytenant

Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, general Tahirov “Manset.az”a açıqlamasında Prezident İlham Əliyevə təşəkkür edib:

“Mənim xidmətlərim yüksək qiymətləndirilib. Hazırda bir sıra təkliflər var, qərar verməmişəm. Yəqin ki, bundan sonra hərbi sistemdə olmayacağam. Başqa bir sahədən təklif var. Sahənin konkret hara olması ilə bağlı bir söz deməyəcəm. Öz yerimə kimin təyin olunacağı məsələsinə gəlincə, bu mənim səlahiyyətimdə deyil. Kifayət qədər potensiallı insanlar var. Kiminsə adını çəkən deyiləm”.

Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə və Hərbi Hava Qüvvələrinin Hava Təlim komandiri general Namiq Bayramovun onun yerinə əsas namizəd olması ilə bağlı sualı isə R.Tahirov belə cavablandırıb: “Hər ikisini tanıyıram. Namiq Bayramovla Naxçıvanda bir yerdə çalışmışıq. Bilavasitə bu sahədə çox təcrübəli və biliklidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]