Ərdoğan Nazirlər Kabinetini toplandı

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Prezident Kompleksində keçirilən iclasının əsas gündəliyi ölkə iqtisadiyyatındakı son vəziyyət olacaq.

Görüşdə 9-cu Mühakimə paketi islahatı, təhsil işçilərinə qarşı şiddətə görə cəzaların artırılması ilə bağlı işlər, eləcə də inflyasiya və süni qiymət artımı ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin nəticələri müzakirə olunacaq.

Terrorla mübarizə əməliyyatları və təhsil işçilərinə qarşı zorakılığın qarşısının alınması üçün hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlər də iclasın gündəliyinə daxil edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]