Zakir Həsənov İrana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir:

“Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]