Elektrik enerjisinin verilişində fasilələr olacaq

Elektrik enerjisi təchizatı sxeminin yüksək standartlara cavab verməsi üçün “Azərişıq” ASC-nin Bakı şəhərinin bir sıra ərazilərində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar planlı fasilələr yaranacaq.

Bu barədə qurumun abonentlərə müraciətində qeyd olunur. 

Fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və başqa bu kimi profilaktik işlərin görülməsi nəzərdə tutulur.

Müraciətdə deyilir ki, yenidənqurma tədbirləri nəticəsində paytaxtın sıx məskunlaşılmış ərazilərində təhlükəsizlik tədbirləri və getdikcə artan tələbat nəzərə alınaraq bir sıra işlər görülməkdədir. Bu barədə məlumatları “Azerishiq.az” saytında “Planlı fasilələr” bölməsində ətraflı şəkildə əldə etmək olar. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]