Türkiyəli ekspert İrandakı helikopter qəzasında diqqətdən yayınan məqamlara toxunub

Türkiyədə ekspert İlyas Bozkurt “Haber Global” telekanalının studiyasında İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya düşməsi ilə bağlı diqqətdən yayınan məqamlara toxunub.

İlk diqqət çəkən məqam İranın dövlət başcısının daşınması üçün nəzərdə tutulan helikopterin istehsal tarixidir. Digər tərəfdən, pilot dumanlı havada səfərini təxirə salmalı idi:

“Səfər planı əvvəlcədən hazırlanır. Əgər havada hər hansı dəyişiklik varsa, müvafiq quruma məruz edilir. “Bell 412” helikopterləri 1979-cu il üçün müasir olsa da, 2024-ci il üçün çox köhnədir”, – deyə o bildirib.

Mütəxəssis hesab edir ki, helikopter hər hansı bir maneə ilə toqquşmayıb: “Helikopter yerə düşüb. Və yerə dəydikdən sonra yanmağa başlayıb. Raketlə vurulsa idi, tamam fərqli mənzərə olardı”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]