Bakıda avtobusdan yıxılan qadın təkərin altında qalaraq ölüb

Bakı şəhərinin Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb.

“Report”un məlumatına görə, Məhərrəmov Sarvan Şahlar oğlunun idarə etdiyi “Daewoo” markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən “Ayxan” marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin – 1964-cü il təvəllüdlü Cəfərova Tamella Nadir qızı ön giriş qapısından yıxılaraq avtobusun ön sağ təkəri altına düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]