Gürcüstanın Hərbi Polis rəisi Azərbaycana gəldi 

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olub. Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Hərbi Polis İdarəsində keçirilən görüşdə qonaqları salamlayan Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyev onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib. Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra qonaqlara Hərbi Polis İdarəsinin fəaliyyəti haqqında brifinq təqdim olunub.

Göstərilən səmimi qonaqpərvərliyə görə gürcüstanlı nümayəndə heyəti təşəkkürünü bildirib.

Gürcüstanın Hərbi Polis rəisi Azərbaycana gəldi
Gürcüstanın Hərbi Polis rəisi Azərbaycana gəldi
Gürcüstanın Hərbi Polis rəisi Azərbaycana gəldi

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]