ABŞ Gürcüstan rəsmilərinə sanksiyalar tətbiq edəcək

ABŞ Dövlət Departamenti “Xarici agentlər” qanununa görə Gürcüstan rəsmilərinə sanksiya tətbiq ediləcəyini açıqlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, dövlət katibi Entoni Blinkenin bəyanatında Gürcüstan hökumətinin etirazların dağıdılmasında “repressiv taktikalar”dan və “milli təhlükəsizlik qanunu”ndan istifadə etdiyi, bunun Gürcüstanda demokratiyanı baltaladığı qeyd olunub.

“Bu fəaliyyətlərə cavab olaraq Dövlət Departamenti Gürcüstan üçün Gürcüstanda demokratiyanın baltalanmasına görə, məsuliyyət daşıyan və ya buna şərik olan fərdlərə, həmçinin onların ailə üzvlərinə tətbiq ediləcək yeni viza məhdudiyyəti siyasəti tətbiq edir. Bura Gürcüstanda zorakılıq və təhdid kampaniyaları ilə vətəndaş cəmiyyətini və sərbəst toplaşmaq azadlığını boğmağa çalışanlar da daxildir”, – bəyanatda qeyd edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]