Azərbaycanın xarici siyasəti sülhə əsaslanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə rəsmi sə­fər­lərini də, xaricdə keçirilən bu və ya digər beynəlxalq tədbirdə iştirakını da dünya ictimaiyyəti maraqla qarşılayır. Bu maraq dünyada sülhün,əmin-amanlığın möhkəmlənəcəyinə ümiddir, inam­dır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən  “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı və “Euronews” telekanalına müsahibəsi də eyni maraqla qarşılanmışdı. COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını bildirən ölkə baş­çı­mız Azərbaycanın Qoşulmama hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi olduğunu, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlərin də müzakirə olunacağını, qlo­bal Cə­nub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün bu prosesdə birlikdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məs­ə­lə­ləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlərə fərqli yanaşmalar konteks­tində aktiv şəkildə müzakirə olunacağını bildirmişdi, “COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir” demişdi…

Müsahibədə ölkə başçımız təkcə bu günün siyasi münasibətləri haqqında deyil, pers­pek­tiv­lər haqqında da fikirlərini bildirmişdi ki, bu fikirlər də dünya dövlətlərinin sülh naminə siyasi münasibətlərdə müsbət təsiri ilə yadda qalacaqdı: “Biz qarşılıqlı səylər, həmrəylik göstər­məli, bir-birimizi günahlandırmağı dayandırma­lı­yıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə Azərbaycanın bəşəri dövlət olduğunun, xarici siyasətinin dünyada sülhə, əmin-amanlığın bərqərar olmasını istədiyinin təsdiqidir. Müsa­hi­bə belə tarixləşdi…

Azərbaycan dünyada sülh tərəfdarı olan bəşəri dövlətdir.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]