Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb

“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun tarixinə düşüb.

31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.

Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda rəsmiləşib. “Sabah”la ev oyunu E.Mahmudovun “Neftçi”də 183-cü çempionat matçı olub.

O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi Bakı klubunda 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ XXXI turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, 2017-ci ildən “Neftçi”nin formasını geyinən Azərbaycan millisinin üzvü 183 görüşdə 41 qola imza atıb.(“Report”)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]