Azərbaycan QHT-si ilkə imza atdı: Beynəlxalq QHT Alyansına üzv qəbul edildi

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi Cinayətin Qarşısının Alınması və Cinayət Ədaləti üzrə QHT-lərin Alyansına (Alliance of NGOs on Crime Prevention and Criminal Justice) üzv qəbul edilib. ( https://crimealliance.org/members/ )Məlumatı QHT-nin sədri Büllur Məmmədova verib. Sədr xatırladıb ki, bu ilin aprel ayında isə rəhbərlik etdiyi təşkilat Narkotiklər üzrə Vyana QHT Komitəsinə (VNGOC) üzv qəbul edilmişdir.Büllur Məmmədovanın sözlərinə görə, rəhbərlik etdiyi ictimai birlik Cinayətin Qarşısının Alınması və Cinayət Ədaləti üzrə QHT-lərin Alyansına üzv qəbul edilən Azərbaycan vətəndaş cəmiyyətinin ilk üzvüdür. O vurğulayıb ki, bu mühüm hadisələr təşkilatın əsas məqsədi olan gənclərimizin antinarkomaniya sahəsində maarifləndirilməsində, narkotik və narkomaniya ilə mübarizədə həyata keçirilən tədbirlərə dəstək göstərilməsində müasir bilik və təcrübə toplamağa imkan yaradacaq. Sədr deyib ki, Alyansa və VNGOC-a üzv olmaqla “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi həmçinin beynəlxalq əlaqələri inkişaf etdirmək üçün geniş fürsət qazanır. Bununla təşkilat iki və çoxtərəfli əlaqələri qurmaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lərin müsbət təcrübələrini ölkəmizə gətirmək imkanı qazanır. Büllur Məmmədova bildirib ki, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin Alyansa və VNGOC-a üzv qəbul olunması təşkilatın qarşısında inkişafı baxımından böyük perspektivlər açır və bunların hər biri qiymətləndiriləcək, gənclərimizin sağlam gələcəyi naminə bütün lazımi addımlar atılacaq.Qeyd edək ki, Cinayətin Qarşısının Alınması və Cinayət Ədaləti üzrə QHT-lərin Alyansı cinayət və ədalət məsələlərinə dair çoxtərəfli müzakirələrdə vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsində və qorunmasında aparıcı rol oynayır. Alyans həmçinin vətəndaş cəmiyyətinin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC), onun idarəetmə və müqavilə qurumları, diplomatik ictimaiyyətlə əlaqəsini koordinasiya edən Vyanada yerləşən üç çətir təşkilatından biridir. Bundan başqa, QHT-lərin Alyansı cinayətin qarşısının alınması və ədalətli cinayət mühakiməsi ilə bağlı BMT prosesləri ilə konstruktiv və effektiv əlaqəni asanlaşdırmaq üçün vətəndaş cəmiyyətini istiqamətləndirir və əlaqələndirir.Onu da xatırlatmaq lazımdır ki, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin üzv qəbul edildiyi digər beynəlxalq qurum olan Vyana Qeyri-Hökumət Təşkilat Komitəsi (VNGOC) narkotik siyasətinin müəyyən edilməsində iştirak edən QHT-ləri və Vyana mərkəzli agentlikləri əlaqələndirir. 1983-cü ildə yaradılmış VNGOC mühüm hadisələrin və QHT-lərlə BMT sistemi arasında əlaqələrin asanlaşdırılmasında zəngin tarixə və təcrübəyə malikdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]