Məşhur restoran sahibi qumara görə cərimələndi – Adını dəyişib “Qarabağ” qoydu

Ötən ilin avqust ayında qanunsuz qumar oyunlarının təşkil edildiyi “Huqqa” restoranının rəhbərliyi cəzalandırılıb.

Restoranın sahibi 1981-ci il təvəllüdlü Rasim Rzayev və müdiri 1998-ci il təvəllüdlü Nuranə Səlimovaya hökm oxunub.

Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxs Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddəsi ilə təqsirli bilinib. Onların hər biri 10 min manat cərimə edilib, həmçinin üzərlərindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri saxlanılıb.

Qeyd edək ki, polisin keçirdiyi tədbirlər zamanı obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

“Huqqa”nın sahibi isə qumarxananın aşkar edilməsi barədə məlumatlar ictimailəşdikdən sonra restoranın adını “Qarabağ” olaraq dəyişdirib.(“Qafqazinfo”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]