Həbsxanada görüşərik – Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ 

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Bilirəm ki, Paşinyanla (Ermənistanın baş naziri – red.) görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm.

Bunu Ermənistanda keçirilən aksiyaların rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan mayın 30-da İrəvandakı Respublika meydanında itaətsizlik etirazı zamanı jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Paşinyanla hər gün görüş gözlənilir.

“Nə bu adamın, nə də Vahe Qazaryanın (Ermənistanın daxili işlər naziri – red.) cəsarətləri yoxdur”, – Qalstanyan qeyd edib.Qalstanyan sözlərinə görə, hazırda hökumətdə qanunsuz iclas çağırılıb.

“Bu adam hər cəhətdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən. Siz velosiped sürürdünüz, amma indi velosiped haradadır?”, – deyə hərəkatın lideri əlavə edib.

Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, əgər kimsə onunla görüşmək istəyirsə, qəbula yazıla bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]