Kəşmir məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir – Nazir

Azərbaycanın Cammu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi möhkəm siyasi və mənəvi dəstəyi də Azərbaycan həmişə yüksək qiymətləndirib:

“Cammu və Kəşmir məsələsində də bizim mövqeyimiz həmişə ardıcıl olub. Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]