Laçında “Malıbəy” KSES-in təməli qoyulub

Bu gün Laçın rayonunun Malıbəy kəndində eyniadlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub.

Layihəni İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Holding” və “Arges Enerji Teal” şirkəti birgə icra edir.

Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır.

Bugünkü KSES layihənin I mərhələsidir. II mərhələdə Laçın rayonunda “Qalaça-1”, “Qalaça-2” və “Minkənd” KSES-lərin, III mərhələdə isə Kəlbəcər rayonunda “Tərtər-1” KSES-in tikilməsi nəzərdə tutulur.

İnşası 2025-ci ildə tamamlanacaq 5 KSES-in ümumi gücü 13,8 Mvt olacaq, onlar ildə 39,7 Qvt elektrik enerjisi istehsal edəcəklər. “Malıbəy” KSES isə 5,1 Mvt gücünə malik olmaqla ildə 14,57 Qvt elektrik enerjisi istehsal edəcək.

Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddəti 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]