Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdığını bildirib: “Danışıqlar prosesinin gedişi, sülh prosesi ətrafındakı danışıqlar, Alma-Ata danışıqları barədə məlumat verdim. Ondan öncə Azərbaycan Ermənistana növbəti saziş layihəsi ilə bağlı redaksiyanı təqdim etmişdi. Onun üzərində Alma-Atada danışıqlar həyata keçirilmişdi. Bir neçə gün bundan öncə Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq. Onu qeyd edə bilərəm ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir”.

XİN başçısı vurğulayıb ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]