Rövşən Nəcəf: “SOCAR bərpa olunan enerji layihələrinə investisiya yatırmaq istəyir”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bərpa olunan enerji layihələrinə investisiya yatırmaq niyyətindədir.

“Report”un məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə bildirib.

Onun sözlərinə görə, bunun üçün şirkət dünyanın ən tanınmış, böyük enerji şirkətləri ilə əməkdaşlıq edir: “Belə əməkdaşlıq etmədən mümkün deyil”.

R.Nəcəf qeyd edib ki, SOCAR neft-qaz şirkəti olaraq yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir: “Azərbaycanın enerji şirkətinin məxsusi rolu qonşu ölkələrə və təbii ki, evlərə enerji təhlükəsizliyini təmin etməkdir”.

O vurğulayıb ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını hədəf götürüb: “İnanırıq ki, biz bu hədəflərə nail olacağıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]